VMware

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
VMware
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye proqram təminatı sənayesi[d]
Təsis tarixi 1998
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi aktivlər
  • 14.662.000.000 $ (1 fevral 2019)[2]
Ümumi gəliri
  • 13.350.000.000 $ (2022)[3]
Xalis mənfəəti
  • 1.314.000.000 $ (2022)[3]
Əməliyyat mənfəəti
  • 2.022.000.000 $ (2022)[3]
Struktur
İşçi sayı
  • 34.000 nəf. (2021)
vmware.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VMware, Inc. — ABŞ bulud hesablama və virtuallaşdırma texnologiyası şirkəti. Baş qərargahı Kaliforniyanın Palo-Alto şəhərində yerləşir.[4] VMware x86 arxitekturasını virtuallaşdıran ilk kommersiya uğurlu şirkət idi.[5]

"VMware"in masaüstü proqramı "Microsoft Windows", "Linux" və "macOS" sistemlərində işləyir. VMware ESXi, onun korporativ proqram təminatı hipervizoru, server aparatında işləyən əməliyyat sistemidir.[6][7]

2022-ci ilin may ayında "Broadcom Inc." şirkəti "VMware"i 61 milyard ABŞ dolları dəyərində nağd pul və səhm əməliyyatı ilə satın almaq barədə razılaşma əldə etmişdir.[8]

"VMware" 1998-ci ildə[9] Dayan Qrin, Mendel Rozenblam, Skott Divayn, Edvard Van və Eduard Bunyon tərəfindən təsis edilmişdir.[10] Qrin və Rozenblam hər ikisi Berkli Kaliforniya Universitetində aspirant idilər.[11] Eduard Bunyon 2005-ci ilə qədər "VMware"in baş memarı və texniki direktoru olaraq qalmış,[12] sonradan "Nuova Systems"i (indiki "Cisco"nun bir hissəsi) təsis etmişdir. İlk il ərzində "VMware" 1998-ci ilin sonuna qədər təxminən 20 işçisi ilə gizli rejimdə fəaliyyət göstərmişdir. Şirkət rəsmi olaraq ikinci ilin əvvəlində, 1999-cu ilin fevralında Kris Şipli tərəfindən təşkil edilən DEMO Konfransında istifadəyə verilmişdir. İlk məhsulları olan "VMware Workstation" 1999-cu ilin may ayında buraxılmışdır. Şirkət 2001-ci ildə "VMware GSX Server" (host) və "VMware ESX Server" (hostless) ilə server bazarına daxil olmuşdur.[13][14]

"VMware" 2003-cü ildə "VMware Virtual Center", "vMotion" və "Virtual SMP" texnologiyasını işə salmışdır. 64 bit dəstəyi 2004-cü ildə təqdim edilmişdir.

Cari məhsullar

[redaktə | mənbəni redaktə et]

"VMware"in ən diqqət çəkən məhsulları onun hipervizorlarıdır. "VMware GSX" adlnan ilk tip 2 hipervizoru ilə populyarlaşmışdır. Bu məhsul sonradan iki hipervizor məhsul xəttinə çevrilmişdir: "VMware"in birbaşa aparat üzərində işləyən 1-ci tip hipervizorları və onların yerləşdirilən tip 2 hipervizorları.[15]

  1. Broadcom to complete $69B acquisition of VMWare (ing.). Colorado Springs: 2023. P. B5. ISSN 1531-2607
  2. https://ir.vmware.com/websites/vmware/English/4100/financial-document-library.html.
  3. 1 2 3 10-K forması. 2023.
  4. "Gartner Says Worldwide Server Virtualization Market Is Reaching Its Peak". Gartner. May 12, 2016. May 16, 2016 tarixində orijinalından arxivləşdirilib.
  5. Bugnion, Edouard; Devine, Scott; Rosenblum, Mendel; Sugerman, Jeremy; Wang, Edward Y. "Bringing Virtualization to the x86 Architecture with the Original VMware Workstation". ACM Transactions on Computer Systems. 30 (4). 1 November 2012: 12:1–12:51. doi:10.1145/2382553.2382554. 6 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 February 2024.
  6. Awati, Rahul. "What is VMkernel and how does it work?". TechTarget (ingilis). SearchVMware. 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
  7. "vSphere Hypervisor". VMware. 2018-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-08.
  8. Oi, Mariko. "Chipmaker Broadcom completes $69bn deal to buy VMware". BBC News. 2023-11-22. 2023-11-30 tarixində arxivləşdirilib.
  9. "VMware, Inc. - Company Profile". California Explore (ingilis). 2023-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-02.
  10. "Inaugural ACM Chuck Thacker Breakthrough Award Recognizes Fundamental Contributions that Enabled Cloud Computing: Stanford's Mendel Rosenblum Transformed Datacenters by Reinventing Virtual Machines". Association for Computing Machinery (ingilis). 2019-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-10.
  11. Lashinksky, Adam. "50 Most Powerful Women in Business — Full speed ahead". CNN. 2007-10-02. 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-03. In 1988 she picked up a second master's, in computer science, at the University of California at Berkeley, where she met Rosenblum
  12. "Edouard Bugnion lives in the virtual world". 2009-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-16.
  13. "VMware Media Resources". VMware. 2018-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-08.
  14. Shankland, Stephen. "VMware ready to capitalize on hot server market". CNET. January 2, 2002. May 2, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 14, 2017.
  15. Lynch, Jim. "VMware Workstation 4.5.2". Extremetech.com. July 15, 2004. October 30, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 14, 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]