Yəhya Kamal Bəyatlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yəhya Kamal Bəyatlı
türk. Yahya Kemal Beyatlı
Təxəllüsü Esrar
Doğum tarixi 2 dekabr 1884(1884-12-02)[1]
Doğum yeri
Vəfat tarixi 1 noyabr 1958(1958-11-01)[1] (73 yaşında) və ya 2 noyabr 1958(1958-11-02)[2] (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Aşiyan qəbiristanlığı[d]
Təhsili
  • Vəfa liseyi[d]
Fəaliyyəti şair, diplomat, yazıçı, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yəhya Kamal Bəyatlı (2 dekabr 1884[1], Üskub1 noyabr 1958[1] və ya 2 noyabr 1958[2], İstanbul) — Türk şairi.[3]

Yəhya Kamal şeirlərini ən çox cümhuriyyət dövründə nəşr etdirmişdir. Onun şeirləri ölümündən sonra bu adlar altında kitablaşdırıldı: "Öz göy qübbəmiz" (1961), "Əski şeirin rüzgarıyla" (1962), "Rübailər və Xəyyam rübailərini Türkcə söyləyiş" (1963), "Bitməmiş şeirlər" (1976).

Yəhya Kamal 1903-cü ildə Parisə bir Qərb heyranı, alafranqalıq və Jön Türklük həvəskarı olaraq getdi. Lakin 1912-ci ildə Türklüyünün fərqinə varmış, Milli şüura çatmış bir Türk olaraq döndü. Yəni təhsil aldığı, oxuduğu, öyrəndiyi məktəbdən xidmət edəcəyi, öyrəndiklərini tətbiq edəcəyi məmləkətinə qayıtdı. Qərb kültür, düşüncə, sənət və ədəbiyyatından alınması gərəkən dərsi və materialı almış, ancaq bunları öz orijinal sənətçi şəxsiyyətində əridərək və gərəkdiyi qədər işlədərək özünə aid milli bir ədəbiyyat yaratmış, orijinal bir milliyyətçilik düşüncəsi meydana gətirmişdir. O, Qərbin ağıllı bir tələbəsi olmuşdur. Qərbdən necə istifadə edilməsi gərəkdiyini başa düşmüş, nələri alıb, nələri almamaq lazım olduğunun şüuruna varmış bir Türk ziyalısıdır. Qərbdən daha çox metod, texnika, anlayış, çıxış nöqtəsi, mentalitet kimi xüsuslarda yararlanmışdır. Gördüyü iş təqlid, tərcümə, adaptasiya deyil, orijinal, milli bir təlifdir. Yəni məktəbdən məmləkətə qayıtmağı bacarmışdır. Qərbin bəzi ədəbi cərəyanlarından, fikir adamı, şair və yazarlarından yararlanmışdır. Məsələn, parnasizmdən şeirdə forma mükəmməlliyini, misraları ölçülü-biçili bir halda düzməyi öyrənmişdir. Lakin parnasçılar şairin öz duyğularını və şəxsiyyətini bəlli etməsinə qarşıdırlar. Yəhya Kamal isə tam tərsinə, romantiklərə xas olan formada duyğularını, həssasiyyətini və şəxsiyyətini coşğu ilə əks etdirir. Bu yönüylə də parnasçı deyildir. Yəhya Kamal bir parnasçı olan Xose-Maria de Herediadan, Jan Morisdən və Malherbedən Türk tarixini modern bir dastan halında yenidən yazmağı, şeirdə sadə, yalın, çılpaq, süssüz, işlək danışıq türkcəsini işlətməyi, Alber Sorel və Kamil Julliandan tarix və coğrafiya içində Türklüyü, Türk milliyyətini aramağı, Pol Valeridən və Mallarmedən ahəngli, mükəmməl misra qurmağı, Verlendən İstanbulun səmt və küçələrinin şeirini yazmağı öyrəndi.

Yəhya Kamal xalqın problemlərinə, sosial və siyasi məsələlərinə demək olar ki, heç yer verməmişdir. Məsələn, xalqın yoxsulluğunu marksist şairlər kimi istismar etməmişdir. Onun şeirlərində ara-sıra xalqın kasıblığı kimi sosial və iqtisadi problemlər öz əksini tapır, ancaq bu, milli və sosial həyatımızın müxtəlif mənzərələri kimi və başqa məqsədlərlə ələ alınır. Yəhya Kamalın şeirində sosial mövzu kimi ən çox milliyyətçilik düşüncəsini görürük. O, Türklərin millət olmasını bir sosyoloq, psixoloq, tarixçi və politoloq kimi düşünmüş, bunun fəlsəfəsini etmiş, bu mövzuda fikir yürütmüş və şeirlərində də Türk milliyyətini hiss edən bir Türk olaraq tərənnüm etmişdir. Onun milliyyətçilik anlayışını təşkil edən təməl ünsürləri alt başlıqlar halında açmağa çalışaq.

Tarix: Türk tarixi, tarixdən miras olaraq aldığımız dəyərlər, tarixi şərh etmə şəklimiz bizim milliyyətimizi hörən təməl ünsürlərdir. Yəhya Kamal da Türk milliyyəti düşüncəsini daha çox Türk tarixi anlayışı üzərində qurur. O, Türk tarixinə milli nöqtədən və ən sağlam şəkildə yerli bir baxışla yaxınlaşmış, milli varlığımızın gözəl və parlaq tarixi dönəmlərini mövzu olaraq işləmişdir. Coğrafiya: Yəhya Kamal prinsip olaraq ideal milliyyətçilik yerinə real milliyyətçiliyi əsas götürmüşdür. Ziya Göyalpın ideal mənadakı Turan milliyyətçiliyinə qarşı o, real mənada Anadolu milliyyətçiliyini mənimsəmişdir. Yəni Yəhya Kamal daha çox realist bir milliyyətçidir, ya da reallığa söykənən idealıst bir milliyyətçidir. 1071-ci ildən sonra Anadoluda yaranan bir millətin tarixi, dili, kültürü, sənəti, ədəbiyyatı, həyat tərzi, hər şeyi Anadolu coğrafiyası mərkəz alınaraq yaranmışdır. Real olan budur. Buna görə də 1071-ci il öncəsini "qəbl ət-tarix" (tarix öncəsi) olaraq qəbul edir. Bundan başqa, bugünkü Anadolu coğrafiyasında yaşayan canlı, real bir Türklük vardır, gerçək, konkret və aktual olan Türk milliyyətini məhz bu coğrafiya meydana gətirmişdir. Səlcuqlu, bəyliklər, Osmanlı və cümhuriyyət dönəmləri bizim bugünkü milliyyətimizi təşkil edən, yaradan, toxuyan dövrlərdir və bunlar da əsas olaraq Anadolu coğrafiyasında var olmuşdur.

İstanbul: əslində, coğrafiya ilə İstanbul eyni başlıq altında dəyərləndirilə bilər. Çünki Yəhya Kamal üçün Türk coğrafiyası bir baxıma İstanbuldur. Yəni İstanbul özünün əhalisi, tarixi, kültürü, gələnək və görənəkləri, dili, memarlığı ilə Türk coğrafiyasının, Anadolunun hər baxımdan bir özəti, xülasəsi kimidir.

Memarlıq: şair memarlığı Türk milliyyətinin təməl ünsürlərindən biri kimi görür. Türk milli ruhunun ən yaxşı konkretləşdiyi, ən gözəl və estetik formada ifadəyə qovuştuğu sənət olaraq memarlığa əhəmiyyət verir. Memarlığa önəm verməsinin bir səbəbi var. Türklər Anadoluya gəldikdən sonra bu torpaqları vətən halına gətirmək, Türk-İslam yurdu etmək üçün yerləşməyə, şəhərləşməyə, dolayısı ilə, memarlığa önəm vermişlər. Bu durum Türklərin atlı köçəri topluluğu olmaqdan çıxıb oturaq mədəniyyətə keçmə iradəsinin bir göstərgəsidir.

Musiqi: Türk milləti daşı, toprağı, ağacı ən gözəl şəklə salaraq böyük memarlıq əsərləri ortaya qoyduğu kimi, səsi də gözəl, zərif, ahəngli bir avaza salaraq musiqi dühasını aləmə bəyan etmişdir. Yəhya Kamal özəlliklə klassik Türk musiqisi üzərində durur və bu sənəti Türk milliyyətinin təməl daşlarından biri olaraq qəbul edir.

Yəhya Kamal eşq və qadın mövzusunu həm fərdi tema kimi, həm də sosial, milli bir mövzu kimi işləmişdir. Bu durum ümumən paraleldir. Yəni şair eşqə, bir qadına olan hissi könül bağına tamamən fərdi bir duyğu kimi baxmamışdır. Onun eşq və qadın barədə şeirlərində fərdi və milli duyğular iç-içə keçmiş haldadır. Yəhya Kamalın başqa şairlərin eşq və qadın anlayışından fərqli bir yanaşması vardır. O, qadına Türk milli kültür və həssaslığını əks etdirən bir ayna kimi baxır. Şeirlərində qadınlara bəşəri eşq bucağından yaxınlaşdığı kimi, yəni sadəcə şəxsi mənada qadına qarşı duyduğu eşq duyğusunu tərənnüm etdiyi kimi, eyni zamanda bir prototip olaraq şeirində qadındakı dərin mədəni dəyərləri də əks etdirir. Onun şeirlərindəki Türk qadını ülviləşdirilmiş, model bir şəxsiyyətdir. Sadəcə vücud gözəlliyi, duruşu etibarilə eşq duyğusuna ilham verən gözəl bir varlıq kimi yer almır. Bununla birlikdə, Türk tarixini, kültürünü, Türkcənin gözəlliyini, Türk davranış formasını, zərifliyini, Türk musiqisini, yəni bir bütöv olaraq Türk kültürünü əks etdirən bir fiqur kimi bizə təqdim edir. Məsələn, "Mihriyar" şeirində İstanbulda doğulmuş, böyümüş və orada yaşayan gözəl bir Türk qadınından söz açılır. Bu qadın Boğaziçində yaşayan əsalətli, gözəl, kültürlü, incə, zərif bir İstanbul xanıməfəndisidir. Onun üzünə, rəftarına, davranışlarına, duruşuna, şəklinə-şəmailinə baxan adam İstanbulun gözəlliklərini və Türk tarixini görən kimi olur. Boğaz iqlimi və kültürü onun şəxsiyyətinə hopmuşdur. Dəniz nəfəsilə böyümüş, saf uyğusunun yelləncəyində balıqçı səslərilə yırğalanmışdır. Burada Boğazın həm iqlimi, həm də kültürü hopmuşdur ideal Türk gözəlinə. Türk vətənini, kültürünü, tarixini, dilini gözəl bir qadınla eyniləşdirmə Yəhya Kamalın orijinal cəhətlərindən biridir. O, milliyyətçilik fikrini bir az da belə mövqedən əks etdirir. "Bir təpədən", "Bir başqa təpədən" şeirlərində də buna bənzər bir yanaşma görünür. Bu məsələni bir az açmağa ehtiyac var.

Yəhya Kamala görə, Türkcəni gözəl, zəngin, işlək, qıvraq bir dil halına gətirənlərin başında Türk qadını, özəlliklə də əski İstanbul xanımları gəlir. Bu baxımdan o, gözəl Türkcə ilə gözəl Türk qadınını eyniləşdirir. Birini digərindən ayrı düşünmür. Bunlar bir-birini çağrışdıran və tamamlayan ünsürlərdır. Yəhya Kamal Türk qadınının duruşunda, gözəlliyində, davranışlarında, danışığında, xülasə, hər şeyində Türk tarixinin bütün sərəncamının, kültürünün inikasını sezir. Ona baxarkən Türk tarixini görən kimi olur. Yəhya Kamal bəzi şeirlərində yaddaşda qalan, keçmişdə yaşanmış, amma unudulamamış böyük eşqləri işləmişdir. Qalıcı olan, unudula bilməyən, sarsıdıcı böyük eşqlərin duyğulu təsirlərini tərənnüm etmişdir. "Ərənköydə bahar", "Keçmiş yaz", "Təlaqi" kimi şeirlərində bunu görmək mümkündür. Şair, eyni zamanda "Vüslət", "Əndülüsdə rəqs" kimi şeirlərində hiürk şeirini avropavari bir havada yenidən yaratmağa səy elədi. Divan şairinin zərif, qıvraq, ahəngli, gözəl Türkcəsinə, ədasına, ifadə qabiliyyətinə əhəmiyyət verdi. Divan şeirindən söz varlığını aldı, amma məzmun ünsürünə çox da yer vermədi. "Əski şeirin rüzgarıyla" adlı kitabında toplanan klassik tərzdəki şeirlərinin ilham qaynağı da yenə bir çox mövzuda olduğu kimi Qərbdır. Bu işdə ona fransız şairi Verlen önçülük etmiş, örnək olmuşdur. Yəhya Kamal Verlenin "Fites galantes" ("Aşiqanə əyləncələr") adlı kitabını oxumuş, bundan təsirlənmiş və bu təsir nəticəsində tarixdəki olayları və durumları, o zamanların dilini və havasını günümüzdə yenidən İşləmə həvəsinə qapılmışdır. Verlen bu kitabında XVIII əsrdə işlənən fransızcanın dil ünsürlərinə yer vermiş, o dövrdəki Versal sarayının həyətindəki əyləncələri, aşiqlərin söhbətlərini, davranışlarını yenə o zamanın dili ilə əks etdirmişdir.

Yəhya Kamal da Verlenin təsiri altında İstanbulun fəthindən Şeyx Qalibə qədər keçən zaman ərzində əyləncələrimizi və əski həyatımızın bəzi mərhələlərini o dövrlərin şeir dililə qəzəl-qəzəl tərənnüm etmə həvəsinə düşmüş, beləcə tarixin qəhrəmanlıqlarını, müxtəlif olayları, gözəllikləri və gözəlləri öz zamanının dili ilə əks etdirməyə çalışmış, bunda Osmanlı Türkcəsini işlədərək qəzəl, şərqi, rubai kimi klassik şeir janrlarında əsərlər yazmışdır. XVIII əsr İstanbulunun Lalə dövrüni, Sədabad əyləncələrini, Boğaz səfalarını, o zamanın gözəlliklərini o dövrün Osmanlı Türkcəsini işlədərək əks etdirmişdir.

Bu şeirlərində klassik şeirin özünü, səsini, ahəngini, havasını, köhnəlməyən gözəlliklərini modern bir üslub və anlayışla yenidən canlandırmağa çalışdı. Kitabın adından da göründüyü kimi, bunlar əski şeirimizin, yəni divan şeirimizin rüzgarı ilə, onun havası ilə yazılmış yeni şeirlərdir. Neoklassik olmaları bununla əlaqədardır. Onun klassik şeirlərinin divan şeirindən fərqi budur: Yəhya Kamal divan şairləri kimi klassik məzmunlar üzərində çox durmamışdır. O, daha çox kəlmələrin ahəng və məna dəyərlərinə önəm vermişdir. Osmanlı Türkcəsinin musiqisini yaxalamaya çalışmışdır. Bundan başqa, divan şeirində məna beytdə tamamlanırdı. Yəhya Kamal isə mənanı şeirin tamamına yaydı. Yəni şeirdə mövzu bütünlüyünə nail oldu.

  1. 1 2 3 4 Yahya Kemal Beyatlı // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  3. 100 böyük türk. Bakı, 1991. səh.52–53.