Yovşan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yovşan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yovşan (lat. Artemisia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.

Azərbaycanda 16 (bəzi məlumatlara görə 42) növü yayılmış, tərxun adlanan bir növü isə becərilir. Bəzi növlərində efir yağları, turşular və s. maddələr var. Acı yovşan (lat. Artemisia absinthium), adi yovşan (lat. Artemisia vulgaris) və başqa növləri dərman bitkisidir. Yarpaqlarından və gövdəsinin çiçəklənmiş uc hissəsindən hazırlanan dəmləmə, tinktura və ekstraktı iştaha artıran və dərman vasitə kimi işlədilir. Eyni zamanda antibakterial xüsusiyyətlərə də malikdir. Əsasən dağlarda bitir və dadı olduqca acıdır.

Yovşan türk mənşəli sözdür. Mahmud Kaşğarinin "Divani Lüğət-it Türk" əsərində bu söz "yapçan" (ىَبْجانْ) və "yavçan" (ىَٯْجانْ) kimi işlənmişdir. Yovşanın elmi adı Artemisia sözünün ya yunan ilahəsi Artemidanın, ya da e.ə. 350-ci ildə ölən botanik və tibb alimi Kariyalı II Artemisiyanın adından yarandığı göstərilir.[3][4].

  • Absinthium Mill.
  • Chamartemisia Rydb.
  • Elachanthemum Y. Ling & Y. R. Ling
  • Oligosporus Cass.
  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 367. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 845.
  3. Ghorganics.com. "Etymology". 2015-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.
  4. Britannica.com. "Etymology". 2008-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-07.