Şamil Əzizbəyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şamil Əzizbəyov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Elm sahəsi geologiya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni

Şamil Əbdürrəhim oğlu Əzizbəyov (16 fevral 1906, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu14 may 1976, Bakı) — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1943), professor (1944), Azərbaycan SSR EA akademiki (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1960).

Əzizbəyov Şamil Əbdülrəhim oğlu Aşqabad şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunu (indiki ADNSU) mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. "Zaqafqaziya geoloji trestində" və Zaqafqaziya nadir metal kəşfiyyatı" partiyalarında işləmişdir. 1932-ci ildən Azərbaycan Sənaye İnstitutu(indiki ADNSU) petroqrafiya kafedrasında işləmişdir. 1934-cü ildə "Gəncəçay və Qoşqarçayın orta və aşağı axım hövzələrinin dağ süxurları və faydalı qazıntıları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.[1] 1936-cı ildən SSRİ EA Azərbaycan filialında işləmişdir. 1938-1941-ci illərdə Azərbaycan EA Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) petroqrafiya şöbəsinə rəhbərlik etmiş və İnstitutun direktor müavini işləmişdir. 1941-1944-cü illərdə EA-nın Azərbaycan filialının Rəyasət heyətinin sədr müavini olmuşdur. 1943-cü ildə "Kiçik Qafqazın şimal-şərq hissəsinin filiz zonasının petrologiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1944-1945-ci illərdə Azərbaycan KP MK neft üzrə katibin müavini olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilmiş, onu təşkil edənlərdən biri olmuş və EA vitse-prezidenti seçilmişdir. 1945-1959-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun kristalloqrafiya, mineralogiya və petroqrafiya kafedrasının müdiri olmuşdur.[2] 1942-ci ildən Sov. İKP üzvü, Azərbaycan SSR EA geologiya-kimya elmləri və neft bölməsinin sədri (1945-1947), Azərbaycan SSR EA Rəyasət Heyətinin üzvü və Yer elmləri bölməsinin akademik katibi (1959-1976), eyni zamanda Geologiya İnstitutunda petrologiya laboratoriyasının rəhbəri (1947-1976) olmuşdur.[3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Petrologiya və metallogeneya sahəsində böyük alim, Azərbaycan əməkdar elm xadimi olan Əzizbəyov Ş.Ə. respublikada petroqrafiya məktəbinin əsasını qoyanlardan biri olmuşdur.[1] Əzizbəyov Azərbaycanda geologiya elminin inkişafında böyük xidmətləri olan görkəmli alimdir. Elmi əsərləri əsasən Kiçik Qafqazın geologiya və petroqrafiyasına həsr olunub.

O, Qafqazın quruluşu və inkişafının fundamental problemləri ilə məşğul olmuş, maqmatik formasiyaların petrologiyası və metallogeniyasını öyrənmiş, alp maqmatizmi ilə filizəmələgəlmə proseslərinin qarşılıqlı qanunauyğunluğunu müəyyən etmiş və vulkanik-tektonik strukturların təkamülünü öyrənmişdir.

İlk dəfə olaraq Kiçik Qafqazın orogen qranitoidlərinin pelinq xarakterini, onların vulkanogen komplekslər və metallogenik proseslərlə tamamlanmasını müəyyən etmişdir. "Naxçıvan Muxtar Respublikasının geologiyası" adlı sanballı əsəri xüsusi əhəmiyyətə malikdir. Coğrafiya elminin inkişafında xüsusi rolu olub. Kadr hazırlanmasında, Yer haqqında elmlərin inkişafında mühüm xidməti var. Akademik Ş. Əzizbəyov Qafqazın geologiyasına, maqnetizminə və metallogeniyasına dair bir sıra aktual problemləri həll etmişdir. O, həmçinin müxtəlif mənşəli faydalı qazınti yataqlarının formalaşmasını, onların paylanması qanunauyğunluqlarını tədqiq etmişdir. Naxçıvan MSSR-də (indiki Naxçıvan MR.) və Talışda apardığı geoloji tədqiqatların nəticəsində bu regionların geoloji, tektonik, struktur-formasion xəritələrini tərtib etmişdir. Onun elmi-tədqiqat işləri müxtəlif faydalı qazıntı yataqlarının axtarışı və kəşfi üçün əsas olmuşdur. Çoxcildli "Azərbaycanın geologiyası" monoqrafiyasının müəlliflərindən biridir.

Bir sıra elmlər namizədi və doktoru hazırlamışdır. 500-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiyanın müəllifidir.

Qırmızı Əmək Bayrağı (1953), Qırmızı Ulduz (1944) ordenləri və medallarla təltif olunmuşdur.[1][3]

  1. 1 2 3 Azərbaycanın geoloq və geofizik alimləri. Bakı: "Nafta -press", 2004. səh. 136
  2. Деятели науки и культуры Азербайджана. Ш.А.Азизбеков: библиография/Сост.: Н.А. Курбанов, Н.Б. Листенгартен; Ред. И.Г. Сафаров.–1966. səh. 8-9
  3. 1 2 Azərb. Sovet Ensiklopediyası, IV cild, Bakı-1980. səh. 147