Aydınoğulları bəyliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Aydınoğulları bəyliyi
Aydınoğulları Beyliği
Bayraq
Bayraq
Aydınoğulları bəyliyinin ən böyük sərhədləri   Qazi Mehmet Bəyin dövründə sərhədlər   Aydınoğlu Qazi Umur bəy fəthləri sonrası sərhədlər
Aydınoğulları bəyliyinin ən böyük sərhədləri
  Qazi Mehmet Bəyin dövründə sərhədlər
  Aydınoğlu Qazi Umur bəy fəthləri sonrası sərhədlər
 
 
1300 — 1426

Paytaxt Səlcuq (İzmir)
Rəsmi dilləri Türk dili
Dövlət dini İslam (Sünni)
İdarəetmə forması Anadolu bəylikləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Aydınoğulları bəyliyiRum Səlcuqlu dövlətinin çökməsi və dağılmasıyla başlayan Anadolu bəylikləri dönəmində, XIV əsrin əvvəllərində Anadolunun Aydın və çevrəsində qurulmuş bir türk bəyliyi.

Malazgird döyüşünü (1071) izləyən illərdə türklərin əlinə keçən bölgə, XI əsr əvvəllərində I xaclı səfərilərinin dalınca Bizanslılar tərəfindən geriyə alındı. 1280-ci ildə Məntəşə bəy tərəfindən fəth edildi. Məntəşə bəyin hakimiyyətində qalan şəhər daha sonra Məntəşə bəyi öldürən Aydınoğlu Məmməd beyin əlinə keçdi və 1308-ci ildə Aydınoğulları bəyliyi quruldu. Dövlətin qurucusu Aydınoğlu Məmməd bəy, Germiyanoğullarıın subaşısıydı (ordu komandiri). Məmməd bəy, əvvəl Germiyanoğullarına bağlı qaldı. Sonra Bizansdan Birgini alıb paytaxt halına gətirdi. Bu şəkildə müstəqilliyini elan etdi. Daha sonra Ödəmiş, Sultanhisar və Ġzmiri də torpaqlarına qatdı. Ayasuluğda (bugünkü Səlcuq) Aydınoğullarının ilk donanmasını qurdu.

Məmməd bəyin 1334-cü ildə ölümündən sonra bəyliyin başına oğulu Umur bəy keçdi. Umur bəy Səlcuq və Ġzmirdə limanlar qurdu, donanmasını gücləndirdi. Saqqız, Bozcaada, Eğriboz, Mora və Rumeli sahillərinə axınlar təşkil etdi. Umur bəy Alaşehiri də torpaqlarına qatınca, Venedik, Cənəviz, Rodos cəngavərləri və Kipr krallığının donanmaları birləşərək hərəkətə keçdi. Birləşmiş xaçlı donanması 1344-cü ildə Ġzmiri ələ keçirdi və Aydınoğulları bu döyüşdə donanmasını itirdi.

Aydınoğulları, Umur bəyin 1348-ci ildə ölməsindən sonra gücünü itirdi. Dənizdən Venedik və Rodos şovalyelerinə, qurudan da Osmanlılara qarşı qoya bilmədi. Ġsa Bəy, 1390-cı ildə torpaqlarını Ġldırım Bayezide buraxaraq Tiredə oturmağı qəbul etdi. 1402-ci ildəki Ankara döyüşündə Ġldırım Bayezidi məğlub edən Teymur Aydınoğullarına köhnə torpaqlarını geri verdi. Bəyliyi əlinə keçirən Cüneyd bəy idarəsində Aydınoğulları bir az daha ayaqda qaldı. Lakin Cüneyd bəy Osmanlı dövləti əleyhində müxtəlif narahatlıqlara qatıldı. Xüsusilə fetret dövründə dəyişik şahzadələrə dəstək təmin etdi və saxta Mustafa üsyanlarında əhəmiyyətli rol oynadı. Ən sonunda Ġzmir yaxınlarındakı sığındığı qalada təslim olmaq məcburiyyətində qaldı və həm özü həm də ailəsi öldürüldü. Beləcə 1426da Aydınoğulları bəyliyi torpaqları II Murad tərəfindən qəti olaraq Osmanlı dövlətinə qatıldı.

Tarixlər[1] Ad Qeydlər
1308-1334 Qazi Məmməd bəy Bəyliyin qurucusu.
1334-1348 I Qazi Umur bəy  
1348-1360 Xızır bəy  
1360-1390 İsa bəy Osmanlı dövlətinə qatıldı
1390–1402

13901402

Musa bəy
II Qazi Umur bəy  
1402–1403

14031426

İzmir bəy

Cüneyd bəy

Tam olaraq Osmanlı dövlətinə qatıldı.
  1. Boswiorth, Clifford Edmund, [1] Arxivləşdirilib 2014-09-22 at the Wayback Machine, Okuma tarihi Eylul 2008

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]