Bakı vilayəti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi Azərbaycan əraziləri
Bakı vilayəti
Ümumi məlumatlar
Ölkə SSRİ SSRİ
Bölgə Azərbaycan Azərbaycan SSR
İnzibati mərkəz Bakı
Əsası qoyulub 3 aprel 1952
Ləğv edilib 23 aprel 1953
Xəritədə yeri
Bakı vilayəti xəritədə
Bakı vilayəti xəritədə
Bakı vilayəti
Bakı vilayəti

Bakı vilayətiAzərbaycan SSR-də 1952–1953-cü illər arasında mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Bakı şəhəri idi.

Bakı vilayəti 3 aprel 1952-ci il tarixdə, Gəncə vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. O, Azərbaycan SSR ərazisinin bütün şərq və cənub hissəsini əhatə edirdi və 32 rayona — Əli Bayramlı, Astara, Astraxanbazar, Ağsu, Cəbrayıl, Dəvəçi, Jdanov, Zəngilan, İmişli, İsmayıllı, Qazıməmməd, Qaryagin, Qonaqkənd, Qubadlı, Qusar, Kürdəmir, Laçın, Lənkəran, Lerik, Mərəzə, Masallı, Puşkin, Saatlı, Sabirabad, Xaçmaz, Xızı, Xıllı, Xudat, ŞamaxıYardımlı rayonlarına bölünürdü.

Vilayətin İcraiyyə Komitəsinin sədri Həsən Seyidov, K(b)P vilayət komitəsinin sədri Mirteymur Yaqubov idi.[1]

Bakı vilayəti yaradıldıqdan 1 il sonra, 23 aprel 1953-cü ildə ləğv edilmişdir.[2]

  1. "Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991". 2014-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-16.
  2. [Указ Президиума ВС СССР от 23.04.1953 о ликвидации Бакинской и Гянджинской областей Азербайджанской ССР]