Cəmil bəy Vəzirov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cəmil bəy Vəzirov
bayraq
Azərbaycan SSR xalq poçt və teleqraf komissarı
bayraq2
21 may 1921 – ?
ƏvvəlkiVəzifə təsis edildi.
bayraq
Azərbaycan SSR xalq poçt, teleqraf və yollar komissarı
bayraq2
28 aprel 1920 – 6 may 1921
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1888(1888-03-05)
Doğum yeri
Vəfat tarixi 19 may 1945(1945-05-19) (57 yaşında)
Vəfat yeri
Təhsili Kiyev Konservatoriyası[1]
Fəaliyyəti dövlət xadimi
Həyat yoldaşı

Cəmil bəy İsmayıl bəy oğlu Vəzirov (5 mart 1888, Şuşa və ya Zümürxan, Cavanşir qəzası19 may 1945, Rusiya imperiyası və ya Rusiya) — Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı (naziri), mühəndis, jurnalist, dövlət xadimi.

Cəmil bəy Vəzirov 1886-cı ildə Cavanşir qəzasının Zümürxan kəndində dünyaya gəlmişdi. Bakı real məktəbini bitirəndən sonra Kiyev Politexnik İnstitutuna daxil olmuşdu.

Kiyev Politexnik İnstitutunun kimya şöbəsini mühəndis-texnoloq ixtisası üzrə bitirmiş, burda əməli mübarizə məktəbi keçmiş və proletar döyüşçüsü kimi yetişmiş Cəmil bəy 1917-ci ildə Bakıya gəldi. Gələn gündən inqilabi fəaliyyət göstərməyə başladı. Eyni zamanda da şəhər ərzaq komitəsində manufaktura şöbəsinin müdiri vəzifəsində çalışdı.

1918-ci ilin iyul ayının 31-də Cəmil bəy keçmiş vəzifəsindən azad olunub, Şəhər telefon şəbəkəsində müfəttiş vəzifəsində işlədi.

1919-cu ildə bir-birinin ardınca Azərbaycan və rus dillərində leqal və qeyri-leqal qəzetlər nəşr olunmağa başladı. Cəmil bəy də bu mətbuat orqanlarının yaranmasında və nəşrində yaxından iştirak edirdi. 1919-cu ilin axırlarında "Novıy mir" qəzetinin ilk nömrəsi çapdan çıxdı. Cəmil bəy bacarıqlı və alovlu bir publisist kimi qəzetin redaktoru vəzifəsinə irəli çəkildi.

1920-ci il aprelin 28-də Nəriman Nərimanov başda olmaqla Azərbaycan milli hökumətinin ilk heyəti təsdiq edildi. Cəmil bəy Xalq Poçt-Teleqraf və Rabitə Yolları komissarı vəzifəsinə təyin olundu.

1921-ci ildə Cəmil bəy vəzifəsindən azad olundu. 1922-ci ildə o, Azərbaycanın iqtisadiyyat üzrə daimi nümayəndəsi olmuşdu. 1923-cü ildə Tbilisidə Zaqafqaziya Dövlət Ticarəti idarəsində işləmişdi. 1928-ci ildə Bakıya dönərək "Azərxalça" İstehsalat birliyində çalışdı.

1938-ci ilin yaman yeli Cəmil bəyin üstündən də əsdi. Tutulub, Oryol şəhərinə sürgün olundu. 1943-cü ildə bu şəhərdə ömrünü başa vurdu.

Cəmil bəy öncə Xeyrənsə xanım Vəzirova ilə evlənmişdi. Bu evlilikdən 1922-ci il doğumlu Aliyə adlı qızları vardı. Sonra boşanıb, professor Sona xanım Axundova ilə evləndi. Sona xanımdan övladı olmadı.

  • Ənvər Çingizoğlu, Vəzirovlar soyu, "Soy" dərgisinin özəl buraxılışı, Bakı, 2008. 88 səh.
  1. "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)