III Yezdəgird

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
III Yezdəgird
یزدگرد
III Yezdəgird
III Yezdəgird
16 iyun 632 – 651
ƏvvəlkiIV Xosrov
Sonrakıimperiyanın süqutu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ktesifon
Vəfat tarixi
Vəfat yeri Mərv
Fəaliyyəti suveren[d]
Atası Şəhriyar
Həyat yoldaşı Maynanh
Uşaqları
Dini Zərdüştlük
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III Yezdəgird (624, İstəhr652, Mərv) — 38-ci və ya sonuncu Sasani şahənşahı, fars imperiyasının son hökmdarı. 632–651-ci illərdə hakimiyyətdə olmuşdur. Zərdüşt təqvimi onun hakimiyyətə gəldiyi ildən hesablanır.

Hakimiyyətə gəlişi

[redaktə | mənbəni redaktə et]

Qarışıqlıqdan istifadə edilərək 632-ci ildə gənc yaşlarında hakimiyyətə gətirildi və hakimiyyətinin ilk illərində dövlət işləri ilə məşğul ola bilmədi. Dövləti onun adından yüksək rütbəli əyanlar idarə edirdilər. Onun hakimiyyətə gəldiyi vaxtlarda daxili münaqişələr, saray çəkişmələri, əyanların özbaşınalığı artmışdı. Həmin dövrdən başlayaraq ərəb hücumları kəskinləşmişdi.

Bizansla münasibətlər

[redaktə | mənbəni redaktə et]

Sasanilərin əzəli düşməni olan Bizansla münasibətləri qaydaya salmaq məqsədilə Bizans imperatoru Herakliusun oğlu Konstantinin qızı Maynanh ilə evləndi. Bu evlilikdə III Yezdəgirdin məqsədi ölkənin vəziyyətini yaxşılaşdırmaq və Bizansdan kömək almaq idi. Lakin bu tədbirlər imperiyanın süqutunun qarşısını ala bilmədi.

Ərəb basqını

[redaktə | mənbəni redaktə et]

Ərəblər 633-cü ildən başlayaraq Sasanilər ərazisinə hücumlar etməyə başladılar. Tərəflər arasında ilk döyüşlər Mesopatomiya ərazisində baş vermişdir. İlk döyüş Zincirlər müharibəsi olmuşdur. Sasanilər ilə Ərəblər arasında 633–634-cü illərdə baş verən 9 döyüşdə ərəb sərkərdəsi Xalid ibn Vəlid qələbə qazanmışdır.

İmperiyanın süqutu

[redaktə | mənbəni redaktə et]

Ərəblərlə Sasanilər arasında 636-cı ildə Qadsiyyə döyüşü baş verdi və bu döyüş həlledici döyüş oldu. Bu döyüşdə Cavanşirin başçılıq etdiyi alban ordusu da Sasanilərə kömək edirdi. Sayca qat-qat çox olan ərəblər farsları məğlub etdi, bu döyüşdən sonra imperiyanın süqutu sürətləndi. 637-ci ildə Ərəblər imperiyanın paytaxti Ktesifonu tutdular. III Yezdəgird Xorasana qaçdı. 642-ci ildə baş verən NəhavəndHəmədan (bəzən İsfahan kimi də qeyd edirlər) döyüşlərində də azsaylı fars dəstələri məğlub oldu. III Yezdəgird isə 651-ci ildə Mərvdə bir oğru tərəfindən öldürüldü.

III Yezdəgirdin oğlu Firuz digər fars əyanları ilə birgə Xorasana qaçdı. Farslar orda Samanilər dövlətini qurdular. Firuz isə Çinə qaçdı. III Yezdəgirdin qızı Şəhrbanu şiələrin III imamı Hüseyn ibn Əli ilə evləndi və onun adı fars şiələri tərəfindən xüsusilə yad olunur. Tarixçilərin çoxu onu Sasani şahı III Yezdəgerdin qızı və şiələrin 4-cü imamı Əli ibn Hüseynin anası olaraq bilməkdədir. Lakin müasir dövr tədqiqatçılarının bu mövzuda şübhələri var.

  • ASE, V cild, Bakı, 1981, səh. 102