Konstantin Bodin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Konstantin Bodin
serb. Константин Бодин Војислављевић
bayraq
DuklyaDalmaçiya kralı
1081 – 1101
ƏvvəlkiI Mixail
SonrakıII Mixail/II Dobroslav
ƏvvəlkiII Pyotr
SonrakıIV Pyotr
Şəxsi məlumatlar
Doğum tarixi XI əsr
Vəfat tarixi
Fəaliyyəti monarx
Atası I Mixail
Anası Neda
Həyat yoldaşı Yakvinta
Uşaqları II Mixail, Georgi
Dini Xristian
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konstantin Bodin (XI əsr1108) — DuklyaDalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı.

Duklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir.

Bolqarıstan çarı kimi

[redaktə | mənbəni redaktə et]

1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər.[1] Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu.[2] Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi.

Duklya kralı kimi

[redaktə | mənbəni redaktə et]

Bodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu. 1085-ci ildə Bizansla müharibədə yenə həbs olunaraq əsir saxlanılsa da buraxıldı. 1096-cı ildə 1101-ci il səlib yürüşünə başçılıq edən IV Raymundu qonaq kimi qarşılamışdı.[3] 1108-ci ildə vəfat etdiyi güman olunur.

  1. Scylitzes Continuatus: 163
  2. Georgius Cedrenus Ioannis Scylitzae ope ab I. Bekkero suppletus et emendatus II, Bonnae, 1839, pp 714-719
  3. "Journal of theological studies, Vol 19-20 Macmillan, 1918". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-04.