Monoxromator

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çerni-Törner monoxromator sxemi.

Monoxromator (q.yun. μόνος – tək; χρῶμα – rəng) — optik şüalanmanın müəyyən dalğa uzunluğuna uyğun hissəsini ayırmaq üçün cihaz. Əsas hissələri: kollimator, dispersiya yaradan element, fokuslayıcı obyektiv və diafraqmadır. Monoxromatorun keyfiyyəti onun ayırdetmə qabiliyyəti λ/Δλ (burada λ – monoxromatik şüanın uzunluğu, Δλ isə dalğa uzunluqları fərqidir), bucaq dispersiyası, xətti dispersiya və işıq şiddəti ilə xarakterizə olunur. Sonuncu monoxomatorun həndəsi xarakteristikasından, əksolunma və udulmadakı itkidən asılıdır. Monoxromatorun obyektiv linza və ya güzgüdən ola bilər. Güzgü daha geniş spektral diapazonda yararlıdır, spektrin seçilən sahəsində birrəngli işıqdan digərinə keçdikdə yenidən fokuslanma tələb etmir. Bu, spektrin görünən oblastı üçün xüsusilə əlverişlidir. Monoxromator monoxromatik işıqlanma mənbəyinin və spektrofotometrin mühüm tərkib hissəsidir.[1]

  1. Монохроматор // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 53.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • МОНОХРОМАТОР — Физическая энциклопедия / Редкол.: Прохоров А.М. и др.. — М.: Большая Российская энциклопедия, 1992. — Т. 3. — 672 с. — ISBN 5-85270-019-3.
  • Монохроматор — Большая советская энциклопедия. — М.: Советская энциклопедия. 1969–1978.
  • Топорец А. С., Монохроматоры, М., 1955; Пейсахсон И. В., Оптика спектральных приборов, Л., 1970.