Məzmuna keç

nəm

Wiktionary saytından

azərbaycanca: nəm

Mənalar :

  1. Yaşlıq, islaqlıq, rütubət. Nəm çəkmək. Nəmini almaq. // sif. Azca yaş, islaq, rütubətli. Nəm torpaq. Nəm divar. Nəm paltar. // Rütubət. İnsanı qəm çürüdər; Dəmiri nəm çürüdər. (Məsəl). Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır, bura-bura açırdı. Mir Cəlal.
  2. məc. “Yaş (göz yaşı)” mənasında. Göz neçin ağlayıb tökməsin nəmi; Heyvan ha deyil ki, çəkməyə qəmi. M.V.Vidadi. Ağlın olsun, sil gözünün nəmini; Dəxi geri gəlməz onlar, ağlarsan! M.P.Vaqif. Seyyid, əgər ol şəmə sənin yanmadı könlün; Pəs pərdeyi-çeşmində olan nəm nə üçündür? S.Ə.Şirvani. ◊ Nəm çəkmək – rütubətdən islaq hala gəlmək, islanmaq, canına rütubət çəkmək; məc. xarab olmaq, korlanmaq, qalıb köhnəlmək.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]