Odsaçan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amerika əsgəri Vyetnam Müharibəsi zamanı alov qurğusundan istifadə edərkən.

Alov qurğusu və ya alov maşını - yanğın törətmək üçün nəzərdə tutulmuş və alov axınını çox uzun müddət ərzində mexaniki olaraq idarə edə bilən bir cihaza verilən addır. Bu maşınlar I Dünya Müharibəsi illərində istifadə edilməyə başlandıqdan sonra məşhurlaşmış və bundan sonra bu maşınlardan geniş bir formada istifadə olunmağa başlanmışdır.[1]

Bəzi modellərində alov axını yanan mayelər vasitəsilə yaradılırarkən, bəzi modellərində isə sistem qazla işləyir. Əksər hərbi məqsədlər üçün nəzərdə tutulmuş olan alov maşınlarında tez alışan mayelərdən istifadə olunduğu halda, kommersiya tipli alov maşınlarında isə təbii qaz və yaxud da təzyiqli propanın istifadə edilməsi təhlükəsiz məqsədilə daha məqsədəmüvafiq hesab olunmuşdur. Hərbçilər tərəfindən istifadə edilmiş olan idarə olunan yanma qabiliyyəti başqaları tərəfindən kənd təsərrüfatında (məsələn, şəkər qamışı sahələrinin yandırılması) və ya digər torpaq işlərində istifadə edilmişdir. Bu maşınlar ya operatorlar tərəfindən daşınar, ya da avtomobilə quraşdırılmaq üçün nəzərdə tutulmuş ola bilərdilər.[2]

Hərbi alov qurğuları

[redaktə | mənbəni redaktə et]

İlk hərbi alov qurğuları Birinci Dünya Müharibəsi zamanı səngərlər arasında yaxın döyüşlərdə istifadə edilmiş, İkinci Dünya Müharibəsi zamanı isəonun istifadə sahələri daha da genişlənmişdir. Portativ olanları iki hissədən ibarət olurlar; istifadəçinin belində daşıdığı depo hissəsi və əlində tutduğu tapança hissəsi. Depo hissəsi adətən iki və ya üç müxtəlif silindr formalı borudan ibarət olur. İki silindrli sistemlərdə, bir silindrdə sıxırdırılmış yanan qaz (adətən azot), digərində isə seyrəltdirilmiş yanan maye mövcud olur. Üç silindrli sistemlərdə isə mərkəzdəki boruda sıxırdırılmış qaz, kənarlardakı digər iki boruda isə yanan maye mövcud olur. Təzyiq altındakı qaz, yanacağı borudan çölə buraxır və hərəkət etdirilə bilinən yanacaq şlanqı vasitəsilə də tapançaya çatdırılır. Tətik çəkilərək də alov yayılır. Alov qurğusu hədəf alınmış insan üçün fiziki və psixoloji cəhətdən son dərəcə ağrılı və əzabvericidir. O qədər güclü təsirə malik olmuşdurlar ki, o vaxtlar onların qadağan edilməsi haqqında belə diskussiyalar həyata keçirilmişdir. Alovundan əlavə olaraq, vurduğu yerə yapışan və yanmağa davam edən Napalm kimi tez alışan maye birləşmələrin püskürdülməsinin nəticəsində onun təsir məsafəsi 50–80 metrə qədər artmışdır (orta tapança məsafəsi).[1][3] Məhz bunlara görə şəhər döyüşlərində istifadəsi daha müvafiqdir. Hərbi alov qurğuları öz istifadəçiləri üçün bəzi risklər də daşımışdırlar;

  • Onun ən böyük çatışmazlıqlarından biri istifadəçisinin hərəkət qabiliyyətini məhdudlaşdıran çəkisi olmuşdur.
  • Onların bəzi formaları yanacağı çox tez istehlak etdiyi üçün onların istifadəsi də xüsusi bir diqqət və qayğı tələb edirdi. Onu istifadə edən əsgər ondan qənaətlə istifadə etməli idi.
  • Döyüş meydanlarında onların aşkar edilməsi olduqca asan idi. Bu vəziyyət də, istifadəçisini xüsusilə də snayperlər üçün açıq hədəfə çevirirdi.
  • Alov silahları daşıyan əsgərlər döyüş meydanlarında hər zaman əsas hədəf olurlar.
  • Onların məsafəsi digər silahlardan daha qısa olduğundan, hədəfini məhv etmək üçün hədəfə mümkün olduğu qədər çox yaxınlaşmalı olan istifadəçisi açıq döyüşdə həyatını riskə atmalı olurdu.
  1. 1 2 "First World War.com - Weapons of War: Flamethrowers". www.firstworldwar.com. 8 mart 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  2. "FAQ". Thowflame.com (ingilis). 19 fevral 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.
  3. "Fougasse Flame Throwers, Intelligence Bulletin, November 1944 (Lone Sentry)". www.lonesentry.com. 16 noyabr 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2021.