Səlim Qasımov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səlim Qasımov
bayraq
Azərbaycan SSR yerli sənaye naziri
bayraq2
31 dekabr 1953 – 14 iyul 1956
ƏvvəlkiCəmaləddin Maqomayev
SonrakıQurban Xəlilov
28 mart 1946 – 18 aprel 1953
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıCəmaləddin Maqomayev
bayraq
Azərbaycan SSR xalq yerli sənaye komissarı
bayraq2
5 may 1938 – 28 mart 1946
ƏvvəlkiZəkəriyyə Balaxlinski
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 15 noyabr 1907(1907-11-15)
Doğum yeri
Vəfat tarixi 26 iyul 1957(1957-07-26) (49 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
  • Moskva Neft İnstitutu[d] (19281932)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Səlim Qasım oğlu Qasımov (15 noyabr 1907, Ramana, Bakı qəzası26 iyul 1957, Bakı) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR yerli sənaye komissarı və naziri (1938–1953, 1953–1956), Azərbaycan SSR Sənət Kooperasiyası idarə heyətinin sədri (1956–1957).

Səlim Qasımov 1907-ci ildə Bakı qəzasının Ramana kəndində neftçi Qasım Qasımovun ailəsində anadan olmuşdur. 1915-ci ildə kənd məktəbinə daxil olmuş, 4 ildən sonra, 12 yaşında məktəbi dayandırıb işləməyə məcbur olmuşdur. 1921-ci ildə o, Ramanada mexaniki emalatxanada tornaçı şagirdi işləməyə başlamışdır. Bu illərdə o, Lenin komsomolu sıralarına qoşulmuş, emalatxananın komsomol bürosunun üzvü seçilmişdir. 1924-cü ildə axşam növbəsi işçi fakültəsinə[rus.] girmiş, burada akademik komissiyanın üzvü, qrup rəhbəri olmuşdur. İşçi fakültəsini bitirdikdən sonra o, neft mühəndisi olmaq üçün 1928-ci ildə Moskvaya gedərək akademik Qubkin adına Moskva Neft İnstitutunda təhsil almış, qrup rəhbəri və istehsalat təcrübəsi keçən qrupun başçısı olmuşdur. 1932-ci ildə institutu bitirdikdən sonra Bakıya qayıdaraq Budyonnı adına neftayırma zavodunda işə başlamış, ilk aylarda zavod laboratoriyasının mühəndisi, sonra laboratoriyanın müdiri, neftayırma qurğusunun mühəndisi və qurğunun briqadiri vəzifələrində çalışmışdır. 1935-ci ildə zavodun partiya komitəsinin və mühəndis-texniklər bölməsi bürosunun üzvü seçilmişdir.[1]

1935-ci ildə Səlim Qasımov Sovet Ordusunda hərbi xidmətə çağırılmış və Qırmızı bayraqlı Əlahiddə Uzaq Şərq ordusu[rus.] sıralarına keçirilmişdir. Bir il sonra Uzaq Şərqdən Bakıya qayıdaraq yenidən Budyonnı adına zavodda işləməyə başlamışdır. 1937-ci ilin may ayında SSRİ Xalq Ağır Sənaye Komissarlığının əmri ilə Frunze adına kükürd turşusu zavodunun, 1937-ci ilin sonlarına yaxın isə Caparidze adına neftayırma zavodunun direktoru təyin edilmişdir.[1]

Səlim Qasımov uzun illər Azərbaycan SSR yerli sənayesi nazirinin müavini və yerli sənaye naziri (1938-ci ildən), ömrünün sonlarına yaxın isə Azərbaycan SSR Sənət Kooperasiyası idarə heyətinin sədri vəzifələrində işləmişdir. O, 1927-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, SSRİ Ali SovetiAzərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.[2][3]

Səlim Qasımov 26 iyul 1957-ci ildə vəfat etmişdir.[2]

Valideynləri — Qasım Qasımov, Hörmət Qasımova

Həyat yoldaşı — Ağaxanım Qasımova

Övladları — Müslüm, Kərim, Vaqif, Rəfiqə, Rafiq, Ramiz və Rauf

  1. 1 2 Səlim Qasьmovic Qasьmov // Qommunist. № 268 (5196). 21 nojabr 1937. S. 3.
  2. 1 2 С. Г. Гасымов // Коммунист. № 176 (10512). 28 июл 1957-ҹи ил. С. 4.
  3. Qasımov Səlim Qasım oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 118.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]