Boks idman növü kimi 1900-cü ildə qanuniləşdirilmişdir.
Kişi orqanizmində ən kiçik hüceyrə spermanın hüceyrəsidir.
Titanikin batma səbəbi kapitanın özbaşınalığından baş verib. Kapitana ayzberklərin çox olduğu və gəminin yavaş sürülməsi barədə nə qədər xəbərdarlıq olsa da kapitan buna qulaq asmayıb.
Sovet İttifaqı Generalassimusu rütbəsi SSRİ Silahlı Qüvvələrində 26 iyun 1945-ci ildə təsis edilr, 27 iyunda İosif Stalinə verilir. Rütbənin 1993-ci ilədək mövcud olmasına baxmayaraq o başqa heş kəsə verilmir.
10 yanvar1863-cü ildə açılan London metrosu (3,6 км) dünyanın ən qədim metrosu sayılır. İnşasını «Metropolitan Railways» (ing.«Paytaxt dəmiryolu») şirkəti həyata keçirib. Şirkətin adı ilə də bütün dillərdə işlənən «metropoliten», "metro" sözləri yaranıb.
Yol göstərən işıq adlı ən uzunömürlü teleserialın çəkilişi ərzində (57 il) 15 762 seriya çəkilib.
Çarli Çaplin San Fransisko teatrında kasıba (kasıb - onun ən populyar obrazı idi) oxşayan adamların müsabiqəsində inkoqnito iştrak edəndə finala keçə bilməyib.
Pinqvinlər 530 metr dərinliyə, 27 kilometr məsafəyə üzə və sudan 1,80 metr hündürlükdə olan sahilə tullana bilirlər.
Playboy-da çəkilən birinci müsəlman Sıla Şahin müsahibələrdən birndə bildirmişdi ki, özünü Çe Gevara kimi qoruyur, lakin o birində etiraf edib ki, Janna d'Ark kimi olmaq istəmir.
Ferrari TR markalı minik avtomobili 2011-ci ilin avqustunda 16,4 milyon dollara satılıb. Bu avtomobil satışı tarixində ən baha qiymətdir.
Oskar mükafatına 1971-ci ildə təqdim edilən filmin original adında 62 hərf olub (azərbaycan dilində 67 hərf). Filmin adı "Harri Kellerman kimdir və nəyə görə o mənim haqqımda belə dəhşətli sözlər deyir ?" idi.
89 kilometr uzunluğundakı Baykalətrafı dəmir yolunda 38 tunel, 18 qalereya, 268 dayaq, və 248 körpü vardır.
Yeddi rus çar həyat yoldaşı və bir Moskva knyaginyası gəlin seçimi-rus gözəllik yarışması nəticəsində seçilib.
1533 — cü ildə Almaniyanın Vittenburq ərazısındı bir kəndin sakinləri görücü Mixael Ştifelin dünyanın sonu barədə iddasından sonra özlərinin bütün əmlaklarını satmışlar.
Ədəbiyyat üzrə Nobel mükafatı alan ən yaşlı yazıçı Doris Lessinqdir. O, 2007-ci ildə, 87 yaşında bu mükafata layiq görülüb. 1919-cu ildə anadan olan Lessinq həm də 2008-ci ildə Aleksandr Soljenitsının ölümündən sonra hazırda bu mükafatı almış və həyatda olan yazıçıların ən yaşlısıdır.
Qarabağda Pənah xanın dövründə 1787-ci ildə kəsilmiş gümüş pul.
Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişlər.
Newsweek jurnalının versiyasına görə Azərbaycan "dünyanın ən yaxşı ölkələri" siyahısında 69-cu yeri tutur.
Azərbaycanın dəniz səviyyəsindən ən ucqar nöqtəsi Bazardüzü (4466 m.), ən aşağı nöqtəsi isə Neftçala rayonu ərazisindədir (-28 m.). Orta yüksəklik 657 metrdir.
ХХ əsr ərzində azərbaycan dilinin əlifbası 4 dəfə dəyişilib: 1929-cu ildə ərəb qrafikalı əlifba latın qrafikalı əlifbaya (1918-1920-ci iilərdə mövcud olmuç ADR dövründə nəzərdə tutulurdu), 1939-cu ildə latın qrafikindən kiril qrafikasına, 1958-ci ildə bu qrfaika bir qədər dəyişir, 1991-ci ildə kiril qrafikalı əlifba latın qrafikal əlifbaya dəyişilir. Bu qrafika 1929-cu ildəkindən bir qədər fərqlənir.
Hesablamalara görə azərbaycan dilində təqribən 10 min ərəb mənşəli söz vardır. Bunların bir qismi indinin özündə ərəb dilində köhnəlmiş sayılır və işlənmir.
Şuşa şəhəri 1751-ci ildə Qarabağ xanı Pənah xan tərəfindən salınıb və ilk dövrdə Pənahabad adlanıb.
Ermənistanın hərbi təcavüzü zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir.
ABŞ-ın prezident seçkilərin tarixində yalnız bir dəfə, 1789-cu ildə prezidentliyə namizəd Corc Vaşinqtonun rəqibi olmayıb. Bu onun çox nüfuzlu şəxs olması ilə bağlı idi.
Dünyanin ən qısa müharibəsi İngiltərə ilə Zimbabve arasında (38 dəqiqə) olmuşdur.
Tarix elminin əsasını Heredotun (tarixin atası) “Tarix ” əsəri ilə qoyduğu hesab edilir.
ABŞ prezidentləriAvraam Linkoln 1818-ci ildə doğulub, Con Kennedi isə 1918-ci ildə dünyaya gəlib. Linkoln 1860-cı ildə prezident seçilib, Kennedi isə 1960-cı ildə hakimiyyətə gəlib. (100 il fərq) Hər ikisi cümə günü, həyat yoldaşlarının yanında başından vurularaq öldürülmüşlər.
Ozon təbəqəsi olmasaydı Yer kürəsində yüksək inkişaf etmiş canlılar yarana bilməzdi.
Tarix elminin devizi: lat. Historia est magistra vitae — «Tarix — həyatın müəllimidir».
Roma Papasının rəsmi titulu: Roma yepiskopu, Xaş vikarisi, Apostol knyazlarının vəliəhdi, Dünya kilsəsinin ali keşişi, Ali pontifik, Qərb patriarxı, İtaliya priması, Roma vilayətinin arxiyepiskopu və mitripoliti, Vatikan dövlət-şəhərinin rəhbəri, Allahın qullarının qulu.
ABŞ-ın doqquzuncu Prezidenti Uilyam Henri Harrison ing.William Henry Harrison cəmi 32 gün 12 saat 30 dəqiqə (4 mart- 4 aprel 1841-ci il) prezident ola bilib. O inaqurasiya zamanı soyuq havada yüngül geyimdə böyük bir nitq söylədikdən sonra soyuqdəymədən vəfat edib.
Ensiklopediyalar XVIII əsrdə yaranıb. Onun əsasını lüğətlər təşkil edib.
Sakit okeanı ilk dəfə avropalı kimi Fernan Magellan keçib. Onu səfəri zamanı okean sakit olduğu üçün o 1521-ci ildə onu"Sakit" adlandırıb. Sonradan məlum olub ki, Magellan səhv edib.
«Ərəb rəqəmləri» adı tarixən yaranıb, çünki, bu rəqəmləri məhz ərəb əyalətləri yayırdı. Ərəb ölkələrində yaranan rəqəmlər isə ənənəvi ərəb rəqəmlərindən kəskin fərqlənirlər.
Dünyanın ən qədim muzeyi İngiltərənin Oksford şəhərində yerləşən Osmalian muzeyidir.
Afrika qitəsi insan cəmiyyətinin beşiyi hesab edilir. Burada ən qədim insanların qalıqları tapılıb.
Fransa imperatoru I Napoleon həyatı boyu aşağıdakı vəzifələri daşıyıb : Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu (9 noyabr 1799 — 20 mart 1804), fransızların imperatoru (18 may 1804 — 11 aprel 1814, 12 mart 1815 — 22 iyun 1815), İtaliya Respublikasının Prezidenti (26 yanvar 1802 — 17 mart 1805), İtaliya kralı (17 mart 1805 — 11 aprel 1814), Reyn İttifaqının protektoru (12 iyul 1806 — 19 oktyabr 1813), İsveçrə Konfederasiyasının mediatoru (19 fevral 1803 — 19 oktyabr 1813), Berqin Böyük Hersoqu (1808—1809).
Şotlandiya ətrafı okean və dəniz dünyada biloji canlıların ən çox yaşadığı su hövzəsi sayılır, orada 40 min növ var.
"Pop-musiqi" termininin iki açılışı var : istənilən canlı ifa edilən musiqi və pop-musiqinin özü.
Ərazisinə görə tarixən mövcud olmuş imperiyalar ərazisinə görə Britaniya, Monqol və Rusiya imperiyaları olub.
Nigeriyada 421 dil var. Onlardan 410-dan istifadə edilir, 2-sinin daşıyıcısı yoxdur, 9 isə ölü dildir.
Budda ideyasına görə «Əgər zalımlığı görmürəmsə, eşitmirəmsə və barədə heç nə danışmıramsa, mən ondan qorunuram» (見ざる mi-dzaru), (聞かざる kika-dzaru), (言わざる iva-dzaru) .
Müsəlman təqvimi 12 aydan ibarət olaraq 354 gündən ibarətdir. Bu isə günəş (qriqorian təqvimi) təqvimindən 10 və ya 11 gün qısadır. Ona görə də müsəlman bayramları qriqorian təqvimlərinə görə 10-11 gün qabağa çəkilir.
Hindistanda ən geniş yayılmış dil hindi dilidir və ölkənin rəsmi dillərindən biri sayılır. Biznes və inzibati işlərdə geniş yayılmış ingilis dili " yardımçı dil» sttusundadır. Hindistan Konstitusiyasına görə ölkənin 21 rəsmi dili var. Hinsitanda dillərin 1652 dialekti vardır.
Yaponiyanın 1868-ci ilədək paytaxtı Kioto (Paytaxtların paytaxtı) şəhəri olmuşdur. Onun adındakı hecaların yerini dəyişdikdə yeni paytaxtın - Tokionun adı alınır.
"Rekord" sözü latınca recordum sözündəndir ki, tərcüməsi «yadasalınan» deməkdir.
"Rusiya" (rus.«Россия») adını rəsmi dövlət adı kimi ilk dəfə I Pyotr 1721-ci ildə ölkəni Rusiya imperiyası adlandıranda istifadə etmişdir.
2010-cu ilin aprel ayına elmə 118 kimyəvi element məlumdur. Onlardan 94-ü təbiətdə mövcuddur ( bəzilərinin ancaq izləri var), qalan 24-ü nüvə reaksiyaları vasitəsi ilə süni surətdə alınıb. İlk 112 elementin adı daimi, qalanlarının adı hələlik müvəqqətidir.
Boliviyanın rəsmi adı "Çoxmillətli Boliviya Dövləti"dir.
14 iyul2011-ci il tarixinə, Cənubi Sudanın BMT-yə üzv qəbul edilməsi ilə təşkilatın üzvlərinin sayı 193-ə çatdı .
Vikipediya ensiklopediyanın adı ingilis texniki termini olan «wiki» (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində "tez" deməkdir) və «encyclopedia» (ensiklopediya) sözlərindən yaranıb.
Vinsent van Qoqun bir əsəri "Kartof yeyənlər" rəsm əsəri.
Elm müasir halda XVI—XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsi edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10-15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı və s.).
Mexaniki zəngli saat 1787-ci ildə amerikalı Levi Xatçins ixtira edib.
Qara rəngli dağlaləsini ilk dəfə 1986-cı ildə yetişdirmək mümkün olub.
Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s.
Rus şairi Saşa Krasnıy 102 yaşında SSRİ Yazıçılar İttifaqına qəbul edilib. Sonuncu şeirlər kitabını 111 yaşında çap etdirib.
XVIII əsr ingilis şairi Kristofer Smart daima dua etdiyinə görə ruhi xəstəxanaya yerləşdirilib.
Titanik gəmisinin komandasının sağ qalmış axırıncı üzvü pis ekoloji şəraitdən vəfat edib.
Almaniyadakı Hafel çayı üzərində Berlin və Potsdamı birləşdirən körpüdəт sovet və amerika xüsusi xidmət orqanları üç dəfə tutulmuş agentləri dəyişmək üçün istifadə ediblər.
Məşhur Mona Liza şəklinin tam adı it.Ritratto di Monna Lisa del Giocondo — «Xanım Liza Cakondanın portreti»dir. Йadının ərinin soyadı olan del Giocondo, italyanca «şən, rəqs edən» kimi tərcümə edilir.
«Forbs» jurnalı onun sahibinin adı ilə adlandırılıb. Onun sağlığında jurnal nəinki şöhrətli olmayıb, hətta xərcini belə ödəyə bilmirmiş.
Antarktidada buz örtüyünün 4 kilometr dərinliyində Şərq gölü yerləşir.
Alman hüquqşünası və tərcüməçisi İohann henrix Fridrix Karl Vitte-kiçik (1 iyul 1800 — 6 mart 1883) elm tarixində ən gənc elmlər doktorudur. O doktorluq dissertasiyasını 14 yaşı tamam olmamış müdafiə edib.
RusiyanınYaroslavl şəhərində buraxılan həftəlik «Се́верный край» qəzeti 1905-1909-cu illər ərzində 42 dəfə adını dəyişib.
1803-cü ildə ABŞLuiziananıFransadan 15 milyon dollara alaraq ərazisini iki dəfə artırır.
İslandiya qanunlarına görə hakimiyyətdə olan prezident seçkilərdə yeganə namizəd olarsa o seçki keçirilmədən avtomatik olaraq növbəti müddətə dövlət başçısı elan edilir.
Almaniyanın adı ingilis dilində Germany, alman dilində Deutschland, fransız dilində Allemagne, polyak dilində Niemcy kimi adlanır. Alman dilində isə ölkənin adı Deutschland dır.
Məşhur yazıçı Ernest Heminquey "Qoca və dəniz" hekayəsinə görə 1954-cü ildə layiq görüldüyü Ədəbiyyat üzrə Nobel Mükafatının təqdim etmə mərasiminə səhhətində problemlərə görə iştirak edə bilməyib.
Human Rights Watch təşkilatının 1994-cü ilə aid hesabatında ermənilərinAğdam şəhərini talaması nəticəsində, həmin il şəhərə ruh şəhər statusu verilmişdir.
Moai heykəllərinin orta ağırlığı 25 tondur. Heykəllərin yerləşdiyi Pasxa adasında heç vaxt kütləvi insan yaşayışı mövcud olmayıb. Sivilizasiyanın mövcud olmadığı adada mindən artıq heykəllin kim tərəfindən, hansı məqsədlə və nə zaman inşa edildiyi bu gündə məlum deyil.
Böyük Britaniyanın BP neft şirkəti il ərzində dövlət büdcəsinə 6 milyard funt-sterlinq ($10 milyard) vergi verir.
Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov 1907-ci ildə Bakıda Azərbaycan dilində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirmişdir.
İspaniyalı səyyahı və konkistadorXuan Ponse de Leon1521-ci ildə Florida sahillərinə səyahət zamanı gözlənilmədən Kalusaların hücumuna məruz qalmış və silahlı mübarizə zamanı oxla çiynindən vurulmuşdur. Hadisədən 8 gün sonra Havanaya qayıdan Lion burada vəfat etmişdir. Lionun ölüm səbəbi kimi oxda olmuş zəhər göstərilmişdir.
"Bikorp adam" - lianalarla dırmaşaraq qayalardan bal yığan insan. Şəkil Valensiya yaxınlığındakı mağara divarlarında 8 min il əvvəl çəkilib
2010-cu ildə Hindistanın Əhmədabad şəhərində keçirilən turnirdə , dünya çempionu Vişvanatan Anandın da qatıldığı yarışda 20 min 483 nəfər şahmatçı mübarizə aparıb.
Harvard Universiteti ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Övladları olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib. 1639-cu ildə kollec minnətdarlıq hissi ilə Harvardın adı ilə adlandırılıb.
Azərbaycanın 19 inzbati rayonunda "xan" sözü olan 26 yaşayış məskəni vardır (Xanabad, Xanbulaq, Xankeçən, Xanagah və s.). Hətta Xankəndi şəhəri inzibati ərazisində Xanadzax və Xansk adlı yaşayış məskənləri vardır.
Rusiyada 1492-ci ilə qədər yeni il 1 martdan, həmin ildən çar III İvanın sərəncamı ilə 1 sentyabrdan, çar I Pyotrun sərəncamı ilə isə 1700-cü ildən 1 yanvardan başlayır.
Qədim yunan tarixçisi Herodotun "Tarix" adlı əsəri antik mədəniyyət üçün böyük qiymətə malik idi. Siseron onu "tarixin atası" adlandırırdı.
Suyun ən maraqlı və mühüm xüsusiyyətlərindən biri, digər bütün maddələrin əksinə, bərk halının maye halından - yəni buzun sudan daha yüngül olmasıdır. Buna görə də dənizlərdə donma yuxarıdan başlayır, çünki donan təbəqə suyun digər maye hissəsindən daha yüngüldür.
Balı yaşyarımdan kiçik körpələrə vermək olmaz. Onları mədə-bağırsaq sistemi botulizm xəstəliyi yarada bilər.
Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu.
İlk kağız bizim eradan əvvəl II əsrdə Çində düzəldilib.
Sual işarəsinin yazılışı latın hərfləri olan q və o-dan yaranıb (quaestio — cavabı axtarmaq). Əvvəlcə qo üzərində yazılırdı, sonradan indiki , ? halına salınıb.
Ərəb ölkələrində adlar çox mürəkkəb olur. Şəxsi ad və soyaddan başqa onun adında "ibn" (atasının adı) birləşməsi ilə bir çox babalarının adı və eyni zamanda döğulduğu yer adı göstərilir.
Qədim Misirdə insanlar quta quşunun yumurtasını Allah yolunda qurban edirdilər. Orta əsr xristianlarında isə insan növbətçi olduğu müddətdə ona yumurta yemək qadağan edilirdi. Çində yumurtanı qıcqırda bilirlər və onun resepti avropalılara açıqlanmır.
Avstraliyanın kənd yerlərində bina nömrələnməsi küçə başlanğıcından metr ilə məsafəyə görə verilir. Məsələn, əgər ferma küçə başlanğıcından 1500 metr uzaqlıqdadırsa, onun nömrəsi 150 olur.
Yod ilk dəfə Kurtua tərəfindən dəniz yosunlarının külündə tapılmış, 1815-ci ildə Gey-Lyussak tərəfindən kimyəvi element kimi qəbul edilmişdir.
Hal-hazırda yeganə rəsmi imperatorYaponiya imperatorudur. Ancaq onun adı daha çox simvolik xarakter daşıyır.
XX əsrin ortalarında Altayda yerli türkdilli xalqların Pazırıq (Basırıq) dediyi yerdə qazıntı aparan rus arxeoloqları qədim kurqandan qədimi bir xalça tapırlar. Saqa (skit) boylarına məxsus sənət əsəri salamat qalmış və rəngini itirməmişdi. Xalça 2500 il öncə Qarabağda toxunmuş Bərdə (saqa-oğuz) xalısı idi.
Avropa Birliyi yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir.
Şimal qütbündə yaşayan yerli xalqlar buzdaniqlu adlanan evlər quraşdırırlar.
Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada dövləti, Avropadan kənar ən kiçik dövlət və rəsmi paytaxtı olmayan yeganə dövlətdir.
1930-cu ildən 2006-cı ilədək PlutonGünəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsr sonlarında və XXI əsr əvvəllərində Günəş sistemndə plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida, Plutondan 27 % böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" tərifini verdi. Pluton bu tərifə düşmədiyindən o planet kateqoriyasından kənarda qaldı.
Pyotr Çaykovskinin məşhur "Qu gölü" baleti onun sağlığında uğur qazana bilməmiş, ancaq ölümündən sonra librettosunda və quruluşinda müəyyən dəyişikliklərdən sonra dünya şöhrəti qazanmışdır.
Apple 10 dekabr 2011-ci ildə Nyu-Yorkun Mərkəzi vağzalında özünün ən böyük firma mağazasını açıb. Sahəsi 2,1 min kvadrat metr olan mağaza şirkətin əvvəlki mağaza sahəsi rekordunu 0,6 min kv.m. təzələyib. İlk müştəri mağazanın açılşında birinci olmaq üçün bir sutka növbədə durub.
Dünyada ən bahalı dərman Alexion Pharmaceutical şirkətinin istehsalı olan Soliris preparatıdır. Bu dərmanla illik müalicə kursu 409,5 min ABŞ dollarına başa gəlir.
Dünyada hesablamalara görə 6700, bəzi hesablamalara görə isə 4500 növ suda-quruda yaşayanlar sinfinə daxil olan canlılar, amfibiyalar yaşayır.
Tək 2007-ci ildə bütün dünyada sığorta şirkətləri tərəfindən 4,1 trilyon ABŞ dolları həcmində sığorta ödənişi toplanıb.
Belə bir hipoteza var ki, inklərin istifadə etdikləri ip düyünləri, kipu, əslində yazı nümunələridir.
Azərbaycanda 1991-ci ildən bəri keçirilən "ilin futbolçusu" titulunun müəyyənləşməsində 14 nəfər qalib olub. Onlardan iki nəfər Samir Ələkbərov (1991, 1992,1993) və Rəşad Sadıqov (2004, 2005, 2010) hərəsi ki dəfə qalib elan ediliblər .
İdman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi zamanı heablanan qol ingilis dilndə ing.goalməqsəd deməkdir.
ABŞ-ın Kaliforniya ştatı müstəqil dövlət olsaydı, dünyanın iqtisadi inkişafına görə ilk beşliyində yer alardı.
İnsanlar fillərin skeletlərinə rast gələ bilmirlər. Sonra aydınlaşdırıldı ki, fil ölümünün yaxınlaşdığını hiss edərək özünü çaya və ya batağlığa atır.
Materiklərin cənub hissəsi bir qanun olaraq nazik olub, oxvarı şəkildədir. Onların şimal hissəsi isə çox genişdir. Deməli, materiklər bir növ üçbucaq şəklindədir. Hətta Antarktida belə armudvarı şəklə malikdir.
Müasir dövrə qədər astrologiya ilə astronomiya tez tez qarışdırılırdı. Onlar tarixən paralel inkişaf etmişlər.
Karandaşların ilk variantı XIII əsrdə hazırlanıb. Qrafitin taxtanın arasına qoyulmasını fransız kimyagəri Nikola Konte təklif edib.
JamanakTürkiyədə ən uzun müddət yayımlanan qəzetdir. 103 ildir ki, fasiləsiz olaraq fəaliyyət göstərən qəzet, indiyə qədər cəmi 5 dəfə çap edilməmişdir.
Dünyanın ən böyük avtomobil istehsalçılarından olan BMV şirkəti, 1916-cı ildə təsis ediləndə avtomobil yox, V12 tipli təyyarə mühərrikləri istehsal edirdi.
Almaniya bayrağında rənglərin qara, qırmızı və sarı rənglərdə sıralanması 1813-cü ildə Napoleona qarşı müharibədə gənclərdən təşkil olunmuş Freikorps (azad korpus) birliyi adı ilə bağlıdır. Maddi imkansızlıq səbəbindən Freikorps birliyinin əsgləri qara rəngdə uniforma geyinirdilər. Uniformanın düymələri isə sarı rəngdə və düymələrin altında qalan parçanın da qırmızı olması bugün mövcud olan Almaniya bayrağının yaranmasına səbəb olmuşdur.
Ali təhsildə Boloniya prosesinin üç əsas məqsədi vardır: çeviklik, beynəlxalq rəqabətə davamlılıq və məşğulluq imkanının artırılması.
1940-1956-cı illərdə SSRİ 15 yox, 16 müttəfiq respublikadan ibarət idi. Karel-Fin Sovet Sosialist Respublikası adlanan sonuncu respublika, 1956-cı ildə RSFSR-in tərkibinə muxtar respublika kimi daxil edilmişdir.
Ukraynanın Prezdenti olmuş Viktor Yuşşenkonun bir sərəncamında ( № 161/2009) belə yazılmışdı: "«Ukrayna Prezidentinin 3 dekabr 2007-ci il № 292 sərəncamının ləğvi barədə» 6 mart 2009-cu il tarixli sərəncamı ləğv edilsin".
Şizofreniya məqaləsi vikipediyanın 5 dil səhifəsində "seçilmiş", 5 dil səhifəsində isə "yaxşı məqalə" statusunu qazanıb.
Həftəninastronomik əsası yoxdur. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində isə həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
Çox balıq yeyən insanlar qocalan zaman digərlərinə nisbətən daha cox yaddaşa malik olurlar.
Time (jurnal)ının 1927-ci ildə elan etdiyi İlin adamı pilot Çarlz Lindberq indiyə qədər ən gənc laureatdır. Jurnalın laureatları içərisində 12 nəfər ABŞ prezidenti olub. 11 nəfər iki dəfə , bir nəfər isə - Franklin Ruzvelt isə üç dəfə "İlin adamı" elan ediliblər. Həmçinin dörd dəfə laureatlar abstrakr anlayış olub (kompüter istifadəçisi, kompüter, təhlükədə olan Yer, etirazçı).
Satış məqsədiylə ilk portativ mobil telefon1983-cü il martın 6-da istehsal olunmuşdur. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Satış qiyməti 3995 dollar idi. "Motorolla" şirkəti layihəyənin işlənməsinə 100 milyon dollar və 15 il vaxt sərf etmişdi.
İngiltərədə uzun müddət kofe içmək sırf kişi məşğuliyyəti sayılırdı. 1674-cü ildə qadınlar kişilərin kofe klublarında çox vaxt keçirmələrinə etiraz olaraq "Kofe əleyhinə qadın petisiyası" hazırlayırlar.
Avrasiya materikinə adı 1883-cü ildə ildə geoloq Eduard Züss vermişdir.
Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb , mənası «bataqlıqda məskən» deməkdir.
Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun.ονδεν — heç nə); Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir.
Kriptonim — gizlədilən ad, eponim, (yun.ἐπώνῠμος — «ad verən») — şərəfinə coğrafi obyekt adlandırılan ilahi qüvvə, real və ya əfsanəvi şəxs, onomatet (yun.ονοματοθετες — «adlandıran») — ad götürmüş ilahi qüvvə, real və ya əfsanəvi şəxs, etnomim — xalq, millət adı, teonimlər — allahlar adıdır.
Kompyuterin tarixi 1642-ci illə hesablanır. Həmin dövrdə ilk dəfə Blez Paskal cəmləyici maşın quraşdırmışdır.
Dünyada apelsin yetişdirilməsi axırıncı 45 ildə dörd dəfə artmışdır (1965-cildə 18, 724 milyon tonn, 2010-ci ildə 69, 508 milyon ton).
Bakıdakı məşhur Qız Qalası abidəsinin inşa tarixinin indiyə qədər düzgün müəyyənləşdirmək mümkün olmayıb. Adının bir versiyası heç zaman düşmən tərəfindən alınmadığına görə verildiyi güman edilir. 1964-cü ildən muzey kimi istifadə edilir.
Çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin.
İnsan ətraf mühüt haqqında informasiyanın 90 % -ni göz vasitəsi ilə alır.
Qədim Yunanıstanda əsas 4 elementin mövcudluğuna inam var idi: hava, od, yer, su.
Tısbağaların ölçüləri böyük diapazonda dəyişir. Dəniz növləri quruda yaşayanlardan böyükdür. Ən böyük müasir tısbağa dərili tısbağalardır (Dermochelys coriacea), uzuhluğu 2 m, çəkisi 900 kqг. Ən kiçiyi namaklavend tısbağası (Homopus signatus) olub, uzunluğu 10 santimetrdir.
İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Asur hökmüdarı tərəfindən qurulduğu məlumdur. Hökmdar kitabxansındakı kitablar üzəri şiş uclu alətlə yazılmış gil lovhələr olub.
Dis canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsidir. Heyvanlarda həmçinin müdafiə və hücum silahıdır. İnsanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir.
Barıtın ilk dəfə Çində hazırlanması fərz olunur. Ola bilsin ki, onu IX əsrdə ölümsüzlük eliksiri axtaran əlkimyaçılar əldə etmişlər. Barıtın əldə edilməsi feyerverklərin və ilk odlu silahların yaranmasına imkan verdi.
Maks Fasmerin fərziyyəsinə görə «vağzal» sözü (ilk variantda «fokzal») «voksxoll» (ing.Vauxhall) sözündən yaranıb. Bu London ətrafında XVIII əsrdə yerləşən və Ceyn Voksa (Jane Vaux) məxsus parkın adından götürülüb. Digər versiyaya görə XIX əsrdə parklarda yay estradaları "kurzal" adlanırdı. Çox sayda sarnişinlərin toplaşması sonradan yerin vağzal adlanmasına səbəb olub.
10 aprel2010-cu ildə Smolensk yaxınlığında qəzaya uğramış təyyarədə, aralarında Polşa prezidenti Lex Kaçinski və xanımında olduğu 23 nəfər yüksək rütbəli dövlət xadimi həlak olmuşdur.
İlk dövrlərdə paqonlarçiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Qızıl çəkiclə döyülməklə nazik bir təbəqə halına gətirilə bilər. Məsələn, bir qram qızıl döyülməklə 180 kvadrat santimetrlik bir təbəqəyə çevrilə bilir.
Yaddaşa dəqiqlik, yaddaşın həcmli olması, yadda saxlamanın sürətli olması, yaddaşın təzələməyə hazır olması və yaddan çıxarmanın sürətli olması xasdır.
Rus şairi Aleksandr Puşkin Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişdir.
Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir.
Sahəsi 458 km² və əhalisi 20,9 min nəfər olan olan Palau Respublikası 16 ştata bölünür.
Məşhur fransız yazışısı Jorj Sand əsilində Amantine Lucile Dupin adlı bir qadındır.
lat.Calculator sözü, (kalkulyator), calculus «xırda daş» sözündən yaranıb (keçmişdə xırda daşlar saymaq üçün istifadə edilirdi).
ABŞ Hərbi Hava Qüvvələrinin və Dəniz Piyadalrının nizamnamələrinə görə hərbiçilərin tatuajlarının sahəsi bədənlərinin dörddə birindən artıq ola bilməz.
Narın tərkibində 1,13%-ə qədər aşı maddələri olduğundan dəri aşılanmasında və boya maddəsi alınmasında istifadə edilir.
Ginnesin Rekordlar Kitabı dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur və 100 milyon tirajla satılır.
Zaman ölçüsü olan saniyə metrik sistem ilə bölünən yeganə zaman ölçüsüdür (mllisaniyə və s.).
20 iyun 2011-ci il tarixinə 38 ölkədən 523 nəfər kosmik uçuşda olublar.
Dövlət dili dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır, rəsmi dil isə dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir.
Bütün xalqların inancında 1 rəqəmi saydan başqa həm də birincilik, [[]]liderlik deməkdir.
Ən qədim qayçı, Qədim Roma tarixi ərazisində arxeoloqlar tərəfindən tapılıb. 3-4 min il tarixi vardır, qoyun qırxmaq üçün istifadə edilib. Onun konstruksiyası iki min il dəyişilməz qalıb.
1959-cu ildə amerikalı A.Sfredd kvadrat təkər üçün patent alır. Belə təkərlər qarda, qumda və palçıqda yaxşı gedir və 60 кm/saat sürət verir..
Dənizlərdə donma yuxarıdan başlayır, çünki donan təbəqə suyun digər maye hissəsindən daha yüngüldür.
Kosta-Rikada işçi qadınlar üçün həftənin üç günü istirahət günüdür.
İlk balet əsəri Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya qoyulub. Bu italiyalı Baltazarini tərəfindən quruluş verilmiş "Kraliçanın komediyalı baleti" (və ya "Tserseya") tamaşası idi.
Delfinlər 14000-ə qədər səs siqnalı bilir və bir-birini ultrasəslə axtarıb tapırlar.
İspaniya krallıq olsa da 1939-1975-ci illərdə onun kralı olmamış, onu İspaniya krallığının regenti, kaudilyo ( Tanrının etimadı ilə İspaniyanın Rəhbəri) titulu ilə İspaniya Nazirlər Şurasının Sədri, generallisimusFransisko Franko əvəz etmişdir.
Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun.ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir.
Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nigah bağlamaq qadağan edilmişdi. + * Velliqton şəhərinin adı 8-29 oktyabr 2012-ci il tarixi müddətinə dəyişdirilərək orada çəkilmiş filmin şərəfinə "The Middle of Middle-Earth" (" Yerin mərkəzi") adlanacaq.
Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir.
Filip Parker internetdən axtarışla götürülən informasiya ilə şablonla kitab yazmaq metoduna patent almış və bu üsulla indyə qədər 200 mindən çox kitab çap etdirmişdir.
89 kilometr uzunluğundakı Baykalətrafı dəmir yolunda 38 tunel, 18 qalereya, 268 dayaq və 248 körpü vardır.
Velliqton şəhərinin adı 8-29 oktyabr 2012-ci il tarixi müddətinə dəyişdirilərək orada çəkilmiş filmin şərəfinə "The Middle of Middle-Earth" (" Yerin mərkəzi") adlanacaq.
Boliviyanın paytaxtı La Pasdasu yüksəkliyə görə 88 °C-də qaynayır (190 °F) ( o dəniz səviyyəsindən 3 600 metr hündürlükdədir).
1876-cı ildə kanadalı mühəndis Sendford Fleminq İrlandiya vağzalında qatara gecikdiyinə görə o Yer kürəsini saat qurşaqlarına bölmək ideyasını irəli sürmüşdü.
Niderland kraliçası Beatriks 1890-cı ildən taxt tac-tutan Oran nəslinin üçüncü qadın nümayəndəsidir. Bütün XX əsrdə Niderlandda taxt-tacda ancaq kraliçalar olubdur.
İslandiya qanunlarına görə hakimiyyətdə olan prezident növbəti seçkilərdə yeganə namizəd olarsa, o seçki keçirilmədən avtomatik olaraq növbəti müddətə dövlət başçısı elan edilir.
XX əsrin əvvəllərində insan ölümünün 20 faizi vərəmdən baş verirdi.
ABŞ, Kanada, Avstriya, Böyük Britaniya və s. ölkələrdə yerli hakimiyyət orqanları, ticarət-sənaye, aqrar, maliyyə, həmçinin özəl şəxs tərəfindən ödəniş və investisiya vasitəsi kimi qəbul edilən regional pul vahidi dövriyyəyə buraxılır.
XIX əsrdə kibritlər çox baha olduğundan hər kəsə nəsib olmurdu.
1925-ci ildə yaradılan Göygöl Dövlət Təbiət Qoruğu sonradan iki dəfə (1950 və 1961-ci illərdə) ləğv edilərək 1965-ci ildə üçünci dəfə təşkil edilmişdir.
Dünyada ən böyük QR kodunuKanadanın Albert əyalətində yaşayan fermer ailəsi hazırlamışdır.
1031-ci ildə Şirvanşahlar ərazisinə hücum edən rusların ölkədən qovulmasına Şəddadi hökmdarı Əbülfəth Musa ibn əl- Fəzl ibn Məhəmməd ibn Şəddad kömək etmişdir.
Honkonqun Kozvey Bey küçəsi dünyanın ən bahalı icarə küçəsidir. Cushman & Wakefield şirkətinin tədqiqatlarına görə bu küçədə 2012-ci ilin birinci yarısında bir kvadrat metrə icarə haqqı 22 307 avro təşkil edib.
1860-cı ilin oktyabrında Vestfilddən olan 11 yaşlı qız Qreys Bedellu ABŞ Prezidenti Abraham Linkolna məktub yazaraq saqqal buraxmağı məsləhət bilmiş və o buna əməl etmişdir.
Titanik gəmisinin qalıqları ABŞ dəniz donanmasının istefada olan dənizçisi Robert Balard tərəfindən 1985-ci ildə Atlantik okeanının 4 min metr dərinliyində aşkarlanıb.
ABŞ-ın Nom şəhərində 1925-ci ildə insanlar arasında anidən difteriya xəstəliyi yayılmağa başlayır. Şəhərə quru nəqliyyatı olmadığından xəstəlik əleyhinə zərdab çatdırılması üçün xizək itlərindən istifadə olunur. 20 xizəkçi və 150 xüsusi təlim görmüş it 1085 km məsafəni keçərək 5 gün ərzində zərdabı Nom şəhərinə çatdırırlar. Nom şəhərinə zərdab çatdırılması kimi tarixə düşən hadisə bütün ABŞ-da rezonans yaradır.
Çilinin 3600 km qərbində Pasxa adasında yerləşən moai daş heykəllərinin kim tərəfindən, nə zaman və hansı məqsədlə yaradıldığı məlum deyil.