Məzmuna keç

ev

Wiktionary saytından
[1] ev
İsim Tək Cəm
Adlıq halı ev evlər
Yiyəlik halı evin evlərin
Yönlük halı evə evlərə
Təsirlik halı evi evləri
Yerlik halı evdə evlərdə
Çıxışlıq halı evdən evlərdən

azərbaycanca: ev

Mənalar :

  1. Yaşayış binası, həmçinin müxtəlif müəssisə və idarələri yerləşdirmək üçün bina, tikili. Kərpic ev. Daş ev. Yaşayış evi. Altımərtəbəli ev. – On üç il bundan irəli evləri yazanda Danabaş kəndinin tüstü çıxanı düz altı yüz əlli ikiyə çatmışdı. C.Məmmədquluzadə. Şose yolu kənarında, sarı kirəmitli .. bir ev görünürdü. M.Hüseyn. // Mənzil, otaq, ailənin yerləşdiyi yer. Evə getmək. Evdən gec çıxmaq. Ev yığışdırmaq. – [Mərcan bəy:] Əlbəttə, boşayacağam, təvəqqe edirəm ki, bu gün mənim evimdən çıxasan. Ü.Hacıbəyov. [Hacı Nəsir:] Bir kasıb kişinin qızını alıb evimə gətirəcəyəm. S.S.Axundov.
  2. Zəhmətkeşlərin hər hansı bir mədəniməişət ehtiyaclarına xidmət edən ictimai müəssisə, yer. Ziyalılar evi. Körpələr evi. Müəllimlər evi.
  3. Heyvan adlarının əvvəlində onların evdə bəsləndiyini, əhliləşmiş olduğunu bildirir. Ev heyvanı. Ev quşu. Ev arısı. – Ev danası ev danasından qorxmaz. (Ata. sözü). Məşhur sayaçı sözlərində ev heyvanları birbir zikr olunur. F.Köçərli.
  4. Bəzi sözlərin əvvəlində, həmin sözlərin ifadə etdiyi şeylərin evlə bağlı və ya evə aid olduğunu, evdə işləndiyini, evdə hazırlandığını, yaxud evdə icra edildiyini bildirir. Ev paltarı. Ev başmağı. Ev xörəyi. Ev çörəyi. Ev tapşırığı. Ev işləri. ◊ Ev bizim, sirr bizim – gizli saxlanmalı olan söz, iş haqqında deyilir.
Mənsubiyyətə görə
Şəxs Adlıq Yiyəlik Yönlük Təsirlik Yerlik Çıxışlıq
Mənim evim evlərim evimin evlərimin evimə evlərimə evimi evlərimi evimdə evlərimdə evimdən evlərimdən
Sənin evin evlərin evinin evlərinin evinə evlərinə evini evlərini evində evlərində evindən evlərindən
Onun evi evləri evinin evlərinin evinə evlərinə evini evlərini evində evlərində evindən evlərindən
Bizim evimiz evlərimiz evimizin evlərimizin evimizə evlərimizə evimizi evlərimizi evimizdə evlərimizdə evimizdən evlərimizdən
Sizin eviniz evləriniz evinizin evlərinizin evinizə evlərinizə evinizi evlərinizi evinizdə evlərinizdə evinzidən evlərinizdən
Onların evi evləri evinin evlərinin evinə evlərinə evini evlərini evində evlərində evindən evlərindən

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]
İsim Tək Cəm
Adlıq halı ev evler
Təsirlik halı evi evleri
Yönlük halı eve evlere
Yerlik halı evde evlerde
Çıxışlıq halı evden evlerden
Yiyəlik halı evin evlerin

türkcə: ev - azərbaycanca: ev

İsim ev (gag)- azərbaycanca:ev (gag)